Azərbaycan millisinin futbolçusu Toral Bayramovun yeni komandası “Bursaspor”un Boludakı təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, I Liqa təmsilçisi hazırlıq dönəmində 2 görüş keçirəcək.

Komanda ilk matçını iyulun 9-da “Batman Petrolspor”a qarşı keçirəcək. İkinci qarşılaşmadakı rəqib isə I Liqanın digər iştirakçısı “Bodrumspor” olacaq. Bu matç iyulun 13-də baş tutacaq.

Qeyd edək ki, Toral Bayramov “Bursaspor”a bu yay “Qarabağ”dan keçib.

Shares: