“Qarabağ”ın sabiq futbolçusu Julio Romao “Ferentsvaroş”dan ayrılıb.

Futbolinfo.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabından paylaşım edib.

28 yaşlı dayaq yarımmüdafiəçisi Macarıstan klubuna təşəkkürünü bildirib. Azad agent statusu alan Romao artıq digər təklifləri nəzərdən keçirməyə başlayıb. Hətta keçmiş komandası “Qarabağ”ın da adı onunla maraqlanan klublar sırasında hallanır.

Julio Romao “Ferentsvaroş”a 2025-ci ilin əvvəlində məhz “Qarabağ”dan keçib.

Shares: