“Zirə”nin UEFA Konfrans Liqasının I təsnifat mərhələsi çərçivəsində “Torpedo” ilə ev oyununun statistikası açıqlanıb.
Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionu 3:0 hesabı ilə qələbə qazandığı görüşdə daha çox qol vurmaq imkanı əldə edib.
Təsadüfi deyil ki, Rəşad Sadıqovun yetirmələri “SOCAR Polymer Arena”da rəqib qapısına düz 16 zərbə vurublar. Bunun 10-u çərçivəyə düşüb. “Torpedo”nun isə 5 cəhdindən yalnız 1-də dəqiqlik çatıb.
“Zirə” – “Torpedo
Qollar – 3:0
Zərbələr – 16:5
“Çərçivə”yə zərbələr – 10:1
“Çərçivə”yə düşməyən zərbələr – 4:1
Bloklanan zərbələr – 2:3
Künc zərbələri – 9:3
Oyundankənar vəziyyət – 3:0
Sarı vərəqələr – 2:4
Cərimə zərbələri – 15:13
