Fransa millisinin baş məşqçisi Didye Deşam futbol üzrə dünya çempionatları tarixində ən çox oyun keçirən mütəxəssis olub. Bu rekord İspaniya millisinə qarşı yarımfinal görüşündə rəsmiləşib.

Həmin qarşılaşma Deşam üçün dünya çempionatlarında baş məşqçi qismində 26-cı oyun olub. Beləliklə, 57 yaşlı mütəxəssis bu göstəricidə Almaniya millisinin sabiq çalışdırıcısı Helmut Şönü geridə qoyub.

Deşam 2012-ci ildən Fransa millisini çalışdırır. Onun rəhbərliyi altında komanda 2018-ci ildə dünya çempionu, 2022-ci ildə UEFA Millətlər Liqasının qalibi olub. Fransa yığması, həmçinin 2016-cı il Avropa çempionatının və 2022-ci il dünya çempionatının gümüş mükafatçısı adını qazanıb.

Mundialdan sonra Fransa yığmasını tərk edəcək Deşam oyun sayını daha da artıracaq. Qarşıda 3-cü yer uğrunda oyun var və o, göstəricisini 27 oyuna çatdıraraq vida edəcək.

Shares: