“İmişli” yay fasiləsində ilk əcnəbi transferinə hazırlaşır.
Futbolinfo.az saytının məlumatına görə, Premyer Liqa klubu Portuqaliyadan heyətinə futbolçu qatmaq niyyətindədir.
“İmişli”nin maraq dairəsində olan oyunçu anqolalı hücumçu Hermenegildo Dominqos Senkedir. Ölkəsində “Pikas” ləqəbi ilə tanınan sağ vingerin son klubu Portuqaliya “Fafe”si olub. 25 yaşlı ön xətt oyunçusu adıçəkilən komandadan yenicə ayrılıb.
Hazırda azad agent statusu daşıyan Pikasla danışıqlar davam edir. “İmişli” rəhbərliyi ən qısa müddətdə keçidi reallaşdırmağa çalışır.
Qeyd edək ki, Pikas daha əvvəl Portuqaliyada “Şaves”, “Torrense” və “Feyrense” klublarında çıxış edib.
