UEFA Konfrans Liqasının I təsnifat mərhələsində cavab oyunununu keçirmək üçün Kutaisiyə yollanan “Zirə” qədim Kolxida diyarının tarixi şəhərində maraqlı təsadüflə üzləşib. “Zirə”nin yerləşdiyi oteldə İspaniyanın reqbi üzrə U-20 komandası da məskən salıb.

Komandamız iyulun 16-da meydana çıxacağı vaxtda şəhərin başqa bir idman ocağında, daha doğrusu, “AIA Arena”sında Gürcüstanın gənclərdən ibarət reqbi yığması da ispan yaşıdları ilə qarşılaşacaq.

İspan reqbiçilər də öz məşqçi və texniki heyəti ilə birgə çərşənbə axşamı otelin foyesindəki böyük ekranda futbol üzrə dünya çempionatının yarımfinalında həmyerlilərinin Fransa millisi ilə oyununu izləyib. “Zirə” nümayəndələri də onlarla birgə əyləşib tarixi oyuna şahidlik edib.

TAHİR MİRZƏ, KUTAİSİ

edbc5fd4 f121 4e57 8aa2 f2696bc2b2c6 - Futbolinfo.az
Shares: