“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqa klubu israilli yarımmüdafiəçi Teshager Degunu heyətinə qatıb. 25 yaşlı futbolçu ilə iki (1+1) illik müqavilə imzalanıb.
Qeyd edək ki, Degunun son klubu İsrailin “İroni” (Modin) klubu olub.
“Futbolinfo” bu transferin anonsunu dünən vermişdi.
