“Tour de France” veloyürüşünün dəfələrlə qalibi olan sloveniyalı məşhur velosipedçi Tadey Poqaçar yarışlar zamanı onu ən çox ilhamlandıran idmançılardan birinin serbiyalı tennisçi Novak Cokoviç olduğunu bildirib.
Poqaçara Cokoviçin psixoloji möhkəmliyi nümunədir: “Demək olar ki, həmişə tennis və Novak Cokoviç haqqında düşünürəm. Hesab edirəm ki, o, psixoloji baxımdan ən çətin karyeralardan birini yaşayıb. Ona tez-tez fit çalırdılar – bəzən heç bir səbəb olmadan. Halbuki o, tarixin ən böyük idmançılarından biridir. Buna görə də kimsə məni fitə basanda Cokoviçi xatırlayıram və ondan ilham alıram”.
Qeyd edək ki, Tadey Poqaçar daha əvvəl “Tour de France – 2026″nın 10-cu mərhələsinin qalibi olub və ümumi təsnifatda liderliyini qoruyub.
