Fransanın PSJ və Almaniyanın “Borussiya” (Dortmund) klubunun sabiq futbolçusu Tomas Mönye İngiltərə təmsilçisi “Sanderlend”ə keçib.
Futbolinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
34 yaşlı cinah müdafiəçisinin müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub.
Xatırladaq ki, Tomas Mönye son olaraq Fransada “Lill”in formasını geyinib.
