“Lester Siti” yarımmüdafiəçisi Harri Uinkslə yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, İngiltərə klubu bu barədə rəsmi saytında məlumat yayıb.

30 yaşlı futbolçu İtaliya təmsilçisi “Kalyari” ilə 2028-ci il iyunun 30-dək müqavilə imzalayıb.

Uinks 2023-cü ilin iyulunda “Tottenhem”dən “Lester”ə transfer olunmuşdu. O, üç mövsüm ərzində İngiltərə klubunun heyətində bütün turnirlərdə 109 oyun keçirib. Yarımmüdafiəçi 2023/2024 mövsümündə Çempionşipin qalibi olan komandada 45 matçda iştirak edib.

Uinks ötən mövsüm isə bütün turnirlərdə 36 görüşə çıxaraq 2 qol vurub və 2 məhsuldar ötürmə verib.

Shares: