“Kəpəz” növbəti transferini reallaşdırıb.
Futbolinfo.az xəbər verir ki, “sarı-göylər” Vadim Abdullayevi heyətinə qatıb.
31 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Ötən mövsümü “Karvan-Yevlax”da keçirən futbolçu 31 oyunda meydana çıxıb və 1 qol vurub.
