Dünya reytinqində üçüncü pillədə qərarlaşan ispaniyalı tennisçi Karlos Alkaras və 72-ci pillənin sahibi, danimarkalı Holger Rune avqustun 13–23-də ABŞ-ın Ohayo ştatının Sinsinnati şəhərində keçiriləcək turnir üçün iştirak ərizəsinə daxil ediliblər.

Turnirin iştirak siyahısında ATP reytinqinin ilk 75-liyində yer alan bütün tennisçilər, o cümlədən zədəli Karlos Alkaras və Holger Rune də var.

Xatırladaq ki, Alkaras aprelin 14-dən bəri korta çıxmır. O, Barselona turniri zamanı sağ biləyindən zədə alıb. Bu səbəbdən ispaniyalı Madrid və Roma “Masters” turnirlərini, həmçinin “Rolan Qarros-2026” və “Uimbldon-2026” turnirlərini buraxıb.

Rune isə 2025-ci ilin oktyabrından bəri ağır Axill vətəri zədəsi səbəbindən yarışlarda iştirak etmir. Danimarkalı tennisçi bu zədəni İsveçin paytaxtı Stokholmda keçirilən turnirdə fransalı Uqo Umberlə qarşılaşma zamanı almışdı

Shares: