DÇ-2026-nın finalının bütün iştirakçıları bəllidir. Həlledici oyunda üz-üzə gələcək İspaniya və Argentina yığmaları bura öz gücü ilə gəlibsə, matçı idarə edəcək hakimləri FIFA təyin edib.
Futbolinfo.az xəbər verir ki, mundialın qalibin müəyyən edəcək oyunu sloveniyalı hakimlər idarə edəcək. Baş hakim Slavko Vinçiçə Tomaz Klançnik və Andraz Kovaçiç yardım göstərməlidir. 4-cü hakim Adham Makhadmed və koməkçisi Mohammed Alkalaf isə İordaniyadandır.
46 yaşlı Vinçiç 2010-cu ildən FIFA referisidir. Təcrübəli hakim 2024-cü ildə Çempionlar Liqasının finalını idarə edib.
