Avroliqada çıxış edən Fransanın ASVEL basketbol klubu 2026/2027 mövsümünə planlaşdırıldığından xeyli aşağı büdcə ilə başlaya bilər.

Klub Milli Nəzarət və İdarəetmə İdarəsinə əvvəl açıqlanan rekord 59 milyon avro əvəzinə təxminən 24 milyon avroluq ehtiyat maliyyə planı təqdim edib. Məlumata görə, ilkin büdcənin yarıdan çoxunu təmin etməli olan asiyalı investor lazımi maliyyə zəmanətlərini təqdim edə bilmədiyi üçün ASVEL alternativ plana keçməyə məcbur qalıb. Bununla belə, 24 milyon avroluq büdcə ötən mövsümün 18,7 milyon avroluq göstəricisini üstələyir və komandanın Fransa çempionatının yeni mövsümündə iştirakına imkan verir.

Yaranmış vəziyyət klubun prezidenti və baş məşqçisi Toni Parkerin iddialı layihəsini sual altına salsa da, ASVEL artıq Silven Fransisko, Nik Vayler-Bebb, Armoni Bruks, Daniel Tays və Bot Qat kimi Avroliqa ulduzları ilə razılıq əldə edib.

Shares: