“Sabah” “Liv Bona Dea Arena”nı Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümü üçün ehtiyat stadion kimi təqdim edib.

Futbolinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov jurnalistlərə açıqlama verib.

O, komandanın ev oyunlarını bu stadionda keçirə biləcəyini söyləyib.

“Araz-Naxçıvan” isə ev oyunlarını keçirəcəyi stadionla bağlı problem yaşayır. Bunu da Elgiz Abbasov jurnalistlərə açıqlayıb:

“Araz-Naxçıvan” stadion seçimi məsələsində problem yaşayır. Variantlar üzərində çalışırlar. Klubdan bizə hələlik bununla bağlı rəsmi müraciət gəlməyib”, – o vurğulayıb.

Xatırladaq ki, Premyer Liqada yeni mövsümə avqustun 14-də start veriləcək.

Shares: