Futbol üzrə dünya çempionatında tətbiq edilən Video Köməkçi Hakim (VAR) qaydalarından Azərbaycan Premyer Liqasında da istifadə olunacaq.

Futbolinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov jurnalistlərə açıqlamasında deyib.

PFL rəsmisi ikinci sarı vərəqə və küncdən zərbə zamanı mübahisəli epizodlarda VAR-a müraciət oluna biləcəyini söyləyib.

Premyer Liqada yeni mövsüm avqustun 14-də başlayacaq.

Shares: