Minsk “Dinamo”sunun hücumçusu Andrey Luçkoviç UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Sileks”lə keçirilən cavab oyunundan sonra fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, belaruslu futbolçu penaltilər seriyasında daha inamlı oynadıqlarını deyib. O, 2-ci raunddakı rəqibləri “Neftçi” ilə matçlara da hazır olduqlarını bildirib: “Artıq “Sileks”i unudub, “Neftçi” ilə oyuna hazırlaşırıq. Məşqçilər korpusu rəqib barədə bizə bütün məlumatları təqdim edəcək. Növbəti mərhələyə yüksəlmək üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, “Neftçi” ilə “Dinamo” arasında ilk oyun iyulun 22-də Bakıda, cavab qarşılaşması isə iyulun 30-da Bolqarıstanın Stara Zaqora şəhərində oynanılacaq.
