Azərbaycanın U-21 millisinin sabiq futbolçusu Mustafa Yıldırım Türkiyədə klubunu dəyişib.
Futbolinfo.az xəbər verir ki, 24 yaşlı hücumçu “Aliağa” klubu ilə anlaşıb.
Türkiyəli oyunçu II Liqa təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. Razılığa əsasən, klub futbolçunun performansından məmnun qalsa, müqavilə daha 1 il müddətinə uzanacaq.
Qeyd edək ki, Mustafa Yıldırım 2020-2022-ci illərdə U-21 millimizin heyətində 9 oyun keçirib, 1 qol vurub.
