İkiqat olimpiya çempionu olmuş fiqurlu konkisürən Oksana Qrişukun qızı Skayler Qreys Qrişuk anası tərəfindən məişət zorakılığına məruz qaldığını açıqlayıb.
Skayler sosial şəbəkələrdəki hesablarında yazıb: “Heç vaxt belə şəxsi məsələni ictimaiyyətlə bölüşməli olacağımı təsəvvür etməzdim. Çünki uzun illər bunu sirr olaraq saxlamışam. Lakin fiziki və emosional zorakılıq, eləcə də psixoloji travma ilə bağlı anam Oksana Qrişuka qarşı məişət zorakılığı barədə ərizə vermək qərarına gəldim. Bu, qəbul etdiyim ən ağır qərarlardan biri idi. Əgər ailənizdə qəddarlıqla üzləşmisinizsə və ya buna bənzər vəziyyətlər yaşamısınızsa, hekayənizi minnətdarlıqla dinləyərəm. Bütün bu müddət ərzində mənə dəstək olan hər kəsə təşəkkür edirəm”.
Xatırladaq ki, Skayler Qreys Qrişukun 23 yaşı var. O, ABŞ-də anadan olub.
