“Sabah” avrokuboklarda əsas mərhələyə vəsiqə qazanan 4-cü Azərbaycan klubu kimi tarixə düşüb. Azərbaycan çempionu Çempionlar Liqasının ilk iki təsnifat mərhələsində uğurlu çıxış edərək, ən pis halda Konfrans Liqasının Liqa mərhələsinə vəsiqəni təmin edib.
Futbolinfo.az xəbər verir ki, “Sabah”a qədər daha 3 klubumuz – “Neftçi”, “Qarabağ” və “Qəbələ” də bunu bacarıb. 2012-13 mövsümündə Çempionlar Liqasında mübarizəyə başlamasına baxmayaraq, sonradan Avropa Liqasına düşən “ağ-qaralar” qrupa qədər irəliləməklə ilkə imza atıb. “Qırmızı-qaralar” isə ardıcıl iki mövsüm bunu həyata keçirməyi bacarıb. Həm də “Qəbələ” bütün təsnifat mərhələlərində rəqiblərini yenib iki dəfə istəyinə çatan yeganə komandadır.
Ağdam təmsilçisi isə ardıcıl son 12 mövsümdə avrokubokların qrupunda iştirak edə bilib. İlk iki mərhələdə 4 qalibiyyət əldə edən “Sabah” “Qarabağ”ın ötən mövsümdə startdakı nailiyyətini təkrarlayıb. Lakin təsnifat mərhələlərində qələbə rekordunu təkrarlamaq üçün Valdas Dambrauskasın yetirmələrinə daha bir qələbə lazımdır. Çünki “Qarabağ” 2, “Qəbələ” isə 1 dəfə təsnifatlarda 5 dəfə rəqiblərini məğlub edib.
Klublarımızın avrokuboklarda qruplara vəsiqə qazandıqları mövsümlərin əsas mərhələlərinə gedən yolu:
QARABAĞ
Çempionlar Liqası
2017-2018: 4 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət
2022-2023: 3 qələbə, 3 heç-heçə, 2 məğlubiyyət
2024-2025: 3 qələbə, 0 heç-heçə, 3 məğlubiyyət
2025-2026: 5 qələbə, 0 heç-heçə, 1 məğlubiyyət
Çempionlar Liqası / Avropa Liqası
2014-2015: 3 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət
2015-2016: 3 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət
2016-2017: 2 qələbə, 3 heç-heçə, 1 məğlubiyyət
2018-2019: 3 qələbə, 3 heç-heçə, 2 məğlubiyyət
2019-2020: 4 qələbə, 2 heç-heçə, 2 məğlubiyyət
2020-2021: 3 qələbə, 0 heç-heçə, 1 məğlubiyyət (penaltilər seriyası ilə)
2023-2024: 5 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət
Konfrans Liqası
2021-2022: 4 qələbə, 2 heç-heçə, 0 məğlubiyyət
QƏBƏLƏ
Avropa Liqası
2015-2016: 3 qələbə, 3 heç-heçə, 2 məğlubiyyət
2016-2017: 5 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət
NEFTÇİ
Çempionlar Liqası / Avropa Liqası
2012-2013: 2 qələbə, 3 heç-heçə, 1 məğlubiyyət
SABAH
Çempionlar Liqası
2026-2027: 4 qələbə, 0 heç-heçə, 0 məğlubiyyət
Qeyd: Çempionlar Liqası / Avropa Liqası yazılan mövsümlərdə komanda mübarizəyə Çempionlar Liqasında başlayıb, təsnifat mərhələlərində Avropa Liqasına yollanıb.
