“Sabah”ın yarımmüdafiəçisi Aleksey İsayevin KuPS-la oyunun ilk yarısında üzləşdikləri problemdən danışıb.

Futbolinfo.az xəbər verir ki, yığmamızın üzvü Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda Finlandiyada rəqibin daha üstün oynamasının səbəbini izah edib: “Çox ağır oyun oldu. İlk hissədə meydançaya uyğunlaşmağa çalışırdıq. Açığı, birinci hissədə bir qədər istədiyimiz oyunu göstərə bilmədik. Fasilədə baş məşqçimiz bizə lazımi tapşırıqları verdi. Toparlandıq, meydana çıxdıq. Yaratdığımız imkanlardan istifadə etdik və öz futbolumuzu oynamağa başladıq. İndi novbəti rəqibimizi gözləyirik. Klub tarixində ilk addımı atdıq. Şükürlər olsun ki, məqsədimizə çatdıq. Amma bununla kifayətlənməməli , daha irəli getməliyik. Burada və evdə bizi dəstəkləyən bütün azarkeşlərimizə böyük təşəkkürümü bildirirəm. Sizi çox sevirik. Dəstəyiniz üçün minnətdarıq”.

Xatırladaq ki, ilk oyunda 1:0 hesabı ilə qalib gələn “Sabah” Finlandiyada fasilədən sonra vurduğu qollarla (2:0) istəyinə çatıb.

Shares: