Yarımağır çəkidə WBA Super, IBF, WBO, The Ring və IBO versiyaları üzrə dünya çempionu Dmitri Bivolun dekabr ayında yenidən rinqə qayıtması gözlənilir.
Məlumata görə, rusiyalı boksçu ya 3-cü dəfə sabiq mütləq dünya çempionu Artur Beterbiyevlə qarşılaşacaq, ya da britaniyalı Kallum Smitə qarşı titul döyüşünə çıxacaq. Əməliyyatdan sonra bərpa prosesini başa vurub həkimlərdən icazə alan Bivol yaxın vaxtlarda məşqlərə yenidən başlayaraq çempionluq görüşünə hazırlaşmağı planlaşdırır.
Dmitri Bivol son döyüşünü mayın 30-da keçirib və IBF versiyası üzrə məcburi iddiaçı Mixael Ayferti hakimlərin yekdil qərarı ilə məğlub edib. Bivolun növbəti görüşü ilə bağlı yekun qərarın yaxın aylarda açıqlanacağı gözlənilir.
