MBA-nın ulduz basketbolçularından Rassell Vestbruk uğurlu mövsüm keçirməsinə baxmayaraq, hələ də özünə yeni komanda tapa bilmir.
37 yaşlı oyun qurucuya Avroliqanın bir neçə klubundan təklif gəlib. Vestbruk karyerasını MBA-da davam etdirməyə üstünlük versə də, uyğun variant tapılmasa, karyerasında ilk dəfə Avropada çıxış etmək fikrindədir. Daha əvvəl onun Təl-Əvivin “Hapoel” klubundan təklif aldığı bildirilsə də, həmin vaxt amerikalı basketbolçu bu ehtimalı ciddi qiymətləndirməmişdi.
Vestbruk ötən mövsüm “Sakramento Kinqz”in heyətində keçirdiyi 64 oyunda orta hesabla 15,2 xal, 5,4 ribaund və 6,7 məhsuldar ötürmə ilə yadda qalıb.
