Bir sıra Avropa ölkələri FIFA prezidenti Canni İnfantinonun dünya çempionatındakı payın özəl investorlara satılması planına etiraz olaraq turniri boykot etməyə hazırlaşır.
Məlumata görə, bununla bağlı UEFA-ya üzv ölkələrin təcili iclası bu həftə keçiriləcək. Daha əvvəl İnfantinonun bu satış planı üzərində işlədiyi və bunun ona şəxsən on milyonlarla funt sterlinq qazandıra biləcəyi bildirilmişdi.
Həmçinin qeyd olunub ki, danışıqlar ABŞ prezidenti Donald Tramp administrasiyasına yaxın şəxslərlə aparılıb. UEFA da sözügedən məsələ ilə bağlı öz mövqeyini açıqlayıb.
