“Mingəçevir”in yeni baş məşqçisi bəllidir. Bölgə klubunu Elman Sultanov çalışdıracaq.

Futbolinfo.az xəbər verir ki, I Liqa təmsilçisi mövsüm bitən kimi Ramiz Məmmədovla yollarını ayırıb. Təcrübəli mütəxəssis digər bölgə təmsilçisi “Karvan-Yevlax”la anlaşıb.

Bir sıra aşağı liqa klublarında çalışan Sultanov yeni iş yeri ilə artıq tanışdır. Dünən Mingəçevirdə olan məşqçi komandanın stadionu və işçi heyəti ilə tanış olub. O, yeni mövsümə hazırlıq məqsədi ilə məşqlərin avqustun 2-də başlamasına qərar verib.

Shares: