Macarıstan çempionatında ikinci turun oyunlarına start verilib.
Azərbaycan millisinin üzvü Anatoli Nuriyevin müqavilə imzaladığı “Kişvarda” səfərdə “Puşkaş Akademi”nin qonağı olub. Matç qonaqların qələbəsi ilə başa çatıb.
2:0 hesabı ilə bitən oyunda Nuriyev forma geyməyib. Onun adı görüşün protokoluna daxil edilməyib.
Bu qələbə sayəsində “Kişvarda” 4 xalla turnir cədvəlində liderliyə yüksəlib.
