34 yaşlı braziliyalı UFC döyüşçüsü Allan Nasimento vəfat edib.

Məlumata görə, o, avqustun 3-ü səhər saatlarında huşsuz vəziyyətdə tapılıb. İlkin ehtimala əsasən, idmançının  ölümünə ürək tutması səbəb olub.

Braziliyalı 2011-ci ildən MMA-da çıxış edirdi. O, peşəkar karyerası ərzində 22 qələbə qazanıb, 7 dəfə məğlub olub. 2021-ci ildən UFC-də mübarizə aparan döyüşçü burada keçirdiyi görüşlərdə 4 qələbə və 2 məğlubiyyətlə yadda qalıb.

Nasimento məşqlərini keçmiş UFC çempionu Çarles Oliveyranın da təmsil etdiyi “Chute Boxe Diego Lima” komandasında edirdi.

Shares: