“Karvan-Yevlax” iki futbolçu ilə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, müdafiəçilər Əli Abdullayev və Elvin Yunuszadənin müqavilələrinin müddəti başa çatdığı üçün tərəflər arasında əməkdaşlığa son qoyulub.
24 yaşlı Ə.Abdullayev ötən mövsüm bölgə təmsilçisinin heyətində Premyer Liqada 9 oyuna çıxıb. E.Yunuszadə isə klubun formasında ümumilikdə 19 matçda iştirak edib.
Qeyd edək ki, “Karvan-Yelvax” ötən mövsüm Premyer Liqanı sonuncu pillədə başa vuraraq I Liqaya enib.
