UFC-nin sahibi olan “TKO Group Holdings” şirkətinin maliyyə direktoru Endryu Şlaymer Ağ Evdə keçirilən turnirin təşkilinə görə şirkətin təxminən 30 milyon dollar zərərə düşdüyünü açıqlayıb.
Onun sözlərinə görə, yüksək təşkilati xərclərin bir hissəsi qlobal tərəfdaşlıq müqavilələri hesabına kompensasiya olunsa da, turnir üçün bilet satışı aparılmadığından tədbirdən heç bir gəlir əldə edilməyib. Şlaymer bildirib ki, yarışın miqyası səbəbindən yaranan təxminən 30 milyon dollarlıq zərər həm UFC-nin, həm də ümumilikdə “TKO Group Holdings”in maliyyə nəticələrinə mənfi təsir göstərib.
Əvvəlcədən Ağ Evdə keçiriləcək turnirin xərclərinin 60 milyon dolları ötəcəyi gözlənilsə də, tərəfdaşlıq razılaşmaları sayəsində bu məbləği azaltmaq mümkün olub.
