Azərbaycan atletika millisinin üzvü İlahə Quliyeva ABŞ-nin Yucin şəhərində keçiriləcək U-20 dünya çempionatında iştirak edəcək.

Bu barədə Futbolinfo.az-a Azərbaycan Atletika Federasiyasından məlumat verilib.

İdmançı 400 metr məsafəyə qaçışda ölkəmizi təmsil edəcək.

Yarış avqustun 5-dən 9-dək davam edəcək.

Shares: