İsmael Bennaser “Milan”dan ayrılıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verib.

Daha əvvəl Bennaserin Qətər çempionatından “Əl-Qarafa” klubuna keçməyə yaxın olduğu bildirilirdi.

Qeyd edək ki, ötən mövsümü icarə əsasında Zaqreb “Dinamo”sunda keçirən Bennaser 2019-cu ilin yayından İtaliya komandasında çıxış edirdi. O, 2021/2022 mövsümündə “Milan” ilə ölkə çempionu olub.

Shares: