Azərbaycanın cüdo üzrə milli komandası Qazaxıstanın Almatı vilayətində keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir.

Futbolinfo.az xəbər verir ki, avqustun 5-də Olimpiya Hazırlığı Bazasında başlayan hazırlıq prosesinə dünyanın 30 ölkəsindən 700-dən çox cüdoçu qatılıb.

Azərbaycan yığmasının üzvləri toplanış çərçivəsində fiziki və texniki hazırlıqlarını təkmilləşdirir, həmçinin müxtəlif ölkələrin cüdoçuları ilə randori məşqlərində iştirak edirlər.

Təlim-məşq toplanışı avqustun 15-dək davam edəcək.

Shares: