Xarici mütəxəssislər “Sabah”ın bu gün UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində qarşılaşacağı “Orhus”la cavab oyununu dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, əksəriyyət Azərbaycan çempionunu hələ də cütün favoriti hesab edir.

Danimarkada meydan sahiblərinin 2:1 hesablı qələbəsinə baxmayaraq, əksəriyyət “Sabah”ın mərhələ adlayacağını düşünür. Buna səbəb kimi “Orhus”un zəif müdafiə xətti göstərilib. Ekspertlərin bir çoxu “Sabah”ın Bakıdakı görüşdə minimum 2 cavabsız qolla qalib gələcəyini və pley-offa yüksələcəyini proqnozlaşdırıb.

Qeyd edək ki, bu gün “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Orhus” oyunu saat 20:00-da başlayacaq.

Shares: