Kolumbiya futbol çempionatı ölkənin qərbində baş verən güclü zəlzələdən sonra dayandırılıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Çempionat rəhbərliyinin qərarına əsasən, bu həftə turnirin bütün tədbirləri ləğv edilib. Qeyd olunub ki, bu qərar zəlzələdən zərərçəkənlərə dəstək əlaməti olaraq qəbul edilib. Yüksək və ikinci divizionların bütün 36 klubu səylərini yardım göstərilməsinə və zərərçəkmiş rayonların bərpasına cəmləşdirəcək.

“Bu gün futbol gözləyə bilər, Kolumbiyanın bizə ehtiyacı var”, – bəyanatda deyilir.

Xatırladaq ki, avqustun 10-da Kolumbiyanın qərbində 7,4 maqnitudalı zəlzələ baş verib. Kolumbiya Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların episentri paytaxt Boqotadan təxminən 280 km qərbdə yerləşib. Zəlzələ ölkə ərazisinin böyük hissəsində hiss olunub. Ölənlərin sayı 111 nəfərə çatıb. Ən çox ziyan Pereyra və Manisales şəhərlərində qeydə alınıb.

Yeraltı təkanlar qonşu ölkələrdə, o cümlədən Panamada da hiss olunub.

Shares: