ABŞ prezidenti Donald Tramp FIFA rəhbəri Canni İnfantinonun vəzifədən mümkün ayrılmasını səhv addım adlandırıb.
Tramp “Truth Social” platformasında yazıb: “FIFA hər hansı səbəbdən prezidenti Canni İnfantinonu dəyişdirmək imkanını nəzərdən keçirsəydi belə, dəhşətli səhvə yol verərdi. O möhtəşəmdir, indicə əvvəlkilərdən dörd dəfə daha uğurlu olan dünya çempionatının keçirilməsinə rəhbərlik edib. İnfantino getsə, dünya çempionatlarının keçirilməsi bir daha heç vaxt uğurlu olmayacaq və gəlir gətirməyəcək”.
Qeyd edək ki, FIFA federasiyanın kommersiya fəaliyyətini və turnirlərin təşkili işini birləşdirəcək “FIFA Forward Enterprise” şirkətinin yaradılması planını açıqlamış və özəl investorları şirkətdə pay almağa dəvət etmişdi. Bu təşəbbüs UEFA-nın mənfi reaksiyasına səbəb olub və dünya çempionatını boykot etmək təhdidlərinin səsləndirildiyi bildirilib, lakin daha sonra FIFA layihənin həyata keçirilməyəcəyini açıqlayıb.
İnfantino 2016-cı ildən FIFA prezidenti vəzifəsindədir və 2019, eləcə də 2023-cü illərdə yenidən bu posta seçilib. Növbəti seçki 2027-ci ildə keçiriləcək.
