“Liverpul” transfer pəncərəsi bağlananadək hücum xəttində dəyişiklik edəcək. Mersisaydlılar hazırda bir neçə oyunçu lə fəal danışıqlar aparır.
Futbolinfo.az xəbər verir ki, İngiltərə nəhəngi Bredli Barkola və İbrahim Mbayenin transferi üçün klubları ilə danışıq aparır. Onlardan ən azı birinin keçidini həll etmək istəyən “Liverpul” cinahlarla yanaşı mərkəz hücumçusuna da gərək duyur.
Transferlərdən ən azı biri reallaşsa, Kodi Qakpo komandadan ayrılacaq. Hazırda kimisə satmaq niyyətində olmayan mersisaydlılar alternativ tapan kimi niderlandlını yola salacaq.
“Tottenhem” Qakponu almaq üçün fürsət gözləyir. Londonlular sol cinah hücumçusu üçün tələb olunan 70 milyon funt-sterlinqi ödəməyə hazırdır.
