“Srvena Zvezda” “Hapoel”ə (Beer Şeva) məğlubiyyətdən sonra Deyan Stankoviçi baş məşqçi vəzifəsindən kənarlaşdırıb.
Stankoviçin komandası Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ikinci oyununda İsrail klubuna 0:2 hesabı ilə məğlub olub. Serbiya təmsilçisi ilə görüşdə də yeganə qolla uduzduğundan mübarizəni Avropa Liqasının pley-offunda davam etdirməli olacaq.
Xatırladaq ki, bu cütün qalibi Çempionlar Liqasının pley-offunda “Sabah”a rəqib olmalı idi. “Srvena Zvezda” Bakıya gəlmək şansını əldən verdiyindən günahkar kimi baş məşqçi bilinib.
