UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Futbolinfo.az xəbər verir ki, mərhələnin cavab qarşılaşmalarında bir neçə maraqlı nəticə qeydə alınıb. Azərbaycan çempionu “Sabah” mərhələni adlamağı bacarıb. Masazır təmsilçisi öz meydanında Danimarkanın “Orhus” komandasını 4:0 hesabı ilə darmadağın edərək pley-offa vəsiqə qazanıb.

“Slovan Bratislava”, “Bodo-Qlimt”, “Selye” və “Dinamo Zaqreb” də iki oyunun nəticəsinə görə mərhələ adlayan tərəflər olublar. “NEK Neymegen” isə əlavə vaxta gedən matçda “Olimpiakos” üzərində qələbə qazanıb.

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunları

11 avqust

Slovan Bratislava (Slovakiya) – Melbyu (İsveç) 2:0 (İlk oyun 2:1)

NEK Neymegen (Niderland) – Olimpiakos (Yunanıstan) 2:1 (İlk oyun 0:0)

Selye (Sloveniya) – Ararat-Armeniya (Ermənistan) 2:0 (İlk oyun 1:2)

Kayrat (Qazaxıstan) – Levski Sofiya (Bolqarıstan) 0:1 (İlk oyun 0:1)

Şturm (Qrats, Avstriya) – Fənərbağça (Türkiyə) 0:1 (İlk oyun 0:2)

Srvena zvezda (Serbiya) – Hapoel (Beer-Şeva, İsrail) 0:2 (İlk oyun 0:1)

Bodo-Qlimt (Norveç) – Union Sent-Jillua (Belçika) 3:2 (İlk oyun 3:3)

Sabah (Azərbaycan) – Orhus (Danimarka) 4:0 (İlk oyun 1:2)

Jalgiris (Litva) – Dinamo Zaqreb (Xorvatiya) 1:2 (İlk oyun 0:5)

Shares: