“Sabah”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Danimarka “Orhus”u ilə cavab oyununun statistikası açıqlanıb.
Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionu 4:0 hesabı ilə qalib gəldiyi matçda böyük üstünlüklə çıxış edib.
Təsadüfi deyil ki, bakılılar qarşılaşma ərzində düz 24 zərbə ilə yadda qalıblar. Rəqibin isə bundan ikiqat az cəhdi olub.
Sabah – Orhus
Qollar – 4:0
Zərbələr – 24:12
“Çərçivə”yə zərbələr – 9:5
“Çərçivə”yə düşməyən zərbələr – 7:3
Bloklanan zərbələr – 8:4
Künc zərbələri – 6:3
Oyundankənar vəziyyət – 3:0
Sarı vərəqələr – 0:3
Cərimə zərbələri – 11:10
