Ukrayna millisinin futbolçusu Aleksey Qutsulyakın “Neftçi” ilə danışıqlarının detalları müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, bu barədə ukraynalı insayder İqor Burbas paylaşım edib.

Onun sözlərinə görə, “Polissiya” klubundan yenicə ayrılan 28 yaşlı vingerin Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə klublarından təklif aldığı ilə bağlı məlumat həqiqəti əks etdirmir. Burbas “Neftçi” variantının olduqca ciddi olduğunu yazıb: “Məndə olan məlumata görə, Alekseyin Azərbaycana yollanmaq şansı yüksək olub. Yuri Vernidubun rəhbərlik etdiyi “Neftçi” klubu ona maraq göstərib. Azərbaycan klubu futbolçuya yüksək məvacib ödəməyə də hazır olub. “Neftçi” oyunçuya “Polissiya”də aldığı maaşla eyni məbləğdə – ayda 50 min dollar maaş təklif etmişdi. Buna baxmayaraq, futbolçunun öz şərtlərini irəli sürməsindən sonra danışıqlar dalana dirənib. Deyilənlərə görə, Qutsulyak 70 min dollarlıq maaş istəyib. Buna görə də ondan imtina olunub”.

Qeyd edək ki, Aleksey Qursulyak Ukrayna millisinin heyətində 16 oyun keçirib, 6 qol vurub.

Shares: