Azərbaycanın bocciaçısı Sona Ağayeva reytinq cədvəlində iki pillə irəliləyib.

Bu barədə Futbolinfo.az-a Milli Paralimpiya Komitəsindən bildirilib.

Son olaraq Misirin paytaxtı Qahirədə keçirilmiş Çellencer turnirində BC2 kateqoriyasında qızıl medal qazanan S.Ağayeva bu nəticəyə əsasən 6,5 reytinq xalı əldə edib.

Bununla da xalını 38,2-yə çatdıran paralimpiyaçı Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına lisenziya qazandıran reytinq cədvəlində 17-ci pillədən 15-ci yerə yüksəlib.

Shares: