3×3 basketbol üzrə “Neftçi SOCAR” komandası Dünya Qadın Seriyasının “Sea Breeze”də keçirilən mərhələsində 1/4 finala vəsiqə qazanıb.
Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi B qrupunda İspaniyanın “Arrasate Ointxe” klubunu (12:10) və Çinin “Yanjinq” kollektivini (21:13) məğlub edib.
Azərbaycan millisi isə Ukrayna (5:14) və Misir (7:21) yığmalarına uduzaraq mübarizəni dayandırıb.
Xatırladaq ki, 16 komandanın mübarizə apardığı turnirdə 1/4, yarımfinal və final matçları avqustun 16-da olacaq.
