Kiyev “Dinamo”sunun sabiq futbolçusu Artem Kravets komandanın UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”a məğlubiyyətindən sonra klubun davranışını kəskin tənqid edib.
Futbolinfo.az xəbər verir ki, Bakıdakı cavab görüşündə 0:2 hesablı məğlubiyyətdən sonra Ukrayna klubu sosial şəbəkələrdə şərh bölmələrini bağlayıb.
Kravets isə buna narazılığını bildirib: “Niyə və bunu kim qərarlaşdırıb? Əgər səhv etmisinizsə, layiq olduğunuz bütün tənqidləri dinləməyə cəsarətiniz olsun. Kiminsə həddindən artıq sərt tənqid etdiyini demək olar. Əlbəttə, kiməsə ölüm arzulamaq olmaz. Amma bu qədər səhv etdikdən sonra tənqidi dinləməyə cəsarətiniz olmalıdır. Mən məşqçinin yerində olsaydım, hətta bu şərhləri nəzəri məşğələdə futbolçulara göstərərdim”.
Qeyd edək ki, ilk oyunda 0:1 hesabı ilə məğlub olan “Qarabağ” Bakıdakı cavab görüşündə 2:0 hesablı qələbə qazanaraq, pley-off mərhələsinə yüksəlib.
