Türkiyə Superliqasında ilk turun oyunları keçirilir.

Milli komandamızın hücumçusu Nəriman Axundzadənin yeni klubu “Erzurumspor” səfərdə “Amedspor”la qarşılaşıb. Görüş qonaqların 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Nəriman matçın 75-ci dəqiqəsində, rəqib hər 3 qolu vurduqdan sonra meydana çıxıb.

“Erzurumspor” 2-ci turda “Qalatasaray”ı qəbul edəcək. Avqustun 21-də keçiriləcək görüş Baı vaxtı ilə saat 22:30-da başlayacaq.

Shares: