Ötən mövsümün ikinci yarısını icarə əsasında “Sumqayıt”da keçirən Danilo Beskorovayni müqavilə ilə məxsus olduğu “Polissya”da da qalmayıb.
Futbolinfo.az xəbər verir ki, 27 yaşlı mərkəz müdafiəçisi bu dəfə Ukrayna klubunu birdəfəlik tərk edib.
Ukrayna gənclər millisinin sabiq üzvü karyerasını Polşada davam etdirəcək. Beskorovayni “Lexiya”ya transfer olunub. Qdansk təmsilçisi bu keçid müqabilində qarşı tərəfə müəyyən təzminat ödəyib. Oyunçu yeni komandası ilə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Danilo Beskorovayni ötən mövsüm “Sumqayıt”ın heyətində Premyer Liqada 14 oyun keçirib.
