“Qarabağ” bu gün Konfrans Liqasında növbəti oyununa çıxacaq.

Futbolinfo.az xəbər verir ki, Ağdam klubu bu turnirin pley-off mərhələsində “Tvente” ilə qarşılaşacaq.

Niderland təmsilçisi ilə ilk görüş Enshededə baştutacaq. Oyunu Albaniyadan olan hakimlər idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Bu komandaların cavab görüşü gələn həftə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Konfrans Liqası
Pley-offun ilk oyunu

20 avqust

22:00. Tvente – Qarabağ
Baş hakim: Yucin Caya (Albaniya).
“Tvente” stadionu.

Shares: