“Real”ın və Braziliya millisinin sabiq müdafiəçisi Roberto Karlos İslamı qəbul etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

O, İslam dinini qəbul etmədiyini söyləyib. Amma Karlos bu dinə böyük hörmət bəslədiyini və həyat yoldaşının ibadət etməsini görməkdən məmnun olduğunu bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyə Böyük Millət Məclisinin üzvü Əli Şahin sabiq futbolçunun müsəlman olduğunu açıqlamışdı. Şahinin sözlərinə görə, bu məlumatı ona Braziliyadakı müsəlman icmasının nümayəndəsi Cihad Həsən Həmmadə verib.

Shares: