Rusiya Milli Futbol Liqasında 7-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin çıxış etdiyi “Soçi” səfərdə “Nefteximik”in qonağı olub.
Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Ramil Şeydayev matçın 67-ci dəqiqəsində meydana daxil olub.
Bu nəticədən sonra “Soçi” 13 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alıb.
