“Qaradağ Lökbatan” baş məşqçisini açıqlayıb. Komanda yenidən Amit Quluzadəyə tapşırılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bir illik müqavilə imzalanan Quluzadə məşqçi kimi 2024/25 mövsümündə də Lökbatan təmsilçisində çalışıb.
Sabiq yarımmüdafiəçi karyerası ərzində “Neftçi”, “Səbail”, “Rəvan”, “Qəbələ”, “Drita”, “Milsami” kimi klublarda forma geyinib. O, Azərbaycan yığmasında 3 oyuna çıxıb.
