MBA-nın superulduzu Entoni Edvards məhkəmə qərarı ilə 2023-cü ildə dünyaya gələn oğlu Amir üçün aylıq 14 min dollar aliment ödəməlidir.

Basketbolçu and içərək etiraf edib ki, oğlunu həyatda bir dəfə də şəxsən görməyib və onun tərbiyəsində iştirak etmək və uşağı ziyarət etmək hüququ tələb etmək niyyətində deyil.

TMZ-nin məlumatına görə, aylıq 14 min dollar məbləğ ştatda müəyyən edilən 3 200 dollarlıq əsas aliment limitini xeyli üstələyir. Hakim bu qərarı “Minnesota”nın oyunçusunun gəlirlərini nəzərə alaraq verib. Edvards ayda təxminən 4,8 milyon dollar qazanır.

Bundan başqa, idmançı 2,6 milyon dollar məbləğində həyat sığortasını rəsmiləşdirməlidir. Uşağın anası Aleksandriya Deroş əsas benefisiar kimi göstərilib. 25 yaşlı Edvards həmçinin iddiaçının 21 min dollardan çox məhkəmə xərclərini ödəməlidir.

KİV-in məlumatına görə, bu uşaq Entoni Edvardsın qısa müddət ərzində müxtəlif qadınlardan dünyaya gələn bir neçə övladından yalnız biridir.

Shares: